• 25 Aprel 2024
logo
Xankəndi yolu aksiyası: konteynerlər quraşdırılır

Xankəndi yolu aksiyası: konteynerlər quraşdırılır

QHT nümayəndələrinin və ekofəalların Azərbaycan təbii sərvətlərinin talanması və ekologiyaya ölümcül zərbə vurulmasına qarşı Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya davam edir.

Baymedia.az xəbər verir ki, sabahdan aksiya iştirakçıları üçün konteynerlərin quraşdırılacağı gözlənilir.

“Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, konteynerlər aksiya iştirakçılarının soyuqdan qorunması üçündür.

“Hər kəs 1 gecə növbə çəkəcək!” – deyə o vurğulayıb.

Qeyd edək ki, bugündən ölkə ərazisində hava bir qədər də soyuyacaq.