• 5 Sentyabr 2026
logo
Yuxarı Gövhərağa Məscidi adlı sənədli filmi təqdim edilib

Yuxarı Gövhərağa Məscidi adlı sənədli filmi təqdim edilib

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa ili" çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsnin "İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması layihəsi çərçivəsində hazırlanan "Yuxarı Gövhərağa Məscidi" adlı sənədli filmi ictimaiyyətə məlum olmayan bir çox erməni cinayətlərinin üstünü açmağa kömək edəcək. Filmin hazırlanmasında məqsəd İşğal dövründə Şuşanın ən böyük məscidi olan Yuxarı Gövhərağa Məscidində baş verən vandallıqları elmi ictimaiyyətə, kütləvi informasiya vasitələrinə çatdırılması olmuşdur. İşğal dövrü bu Cümə məscidində hələ Azərbaycanın mətbuat və İnformasiya orqanlarına məlum olmayan erməni vandallığına baxdıqca Azərbaycan xalqının mədəniyyətinə  yönələn vandal hərəkətlərin bütün eybəcər sifətləri göz önündə canlanır.  Görüntülərdən də aydın olur ki, bu məscidin taleyi digərlərindən fərqli olduğu qədərdə, acınacaqlı olmuşdur.  İşğal dövrü məscid əvvəlcə dağıdıldı, sonra uzun müddət təhqir edildi, daha sonra isə İranın Dövlət qurumlarının vasitəçiliyi ilə divar yazıları dəyişdirildi və digər ornamental nümunələri silinərək fars məscidi adı altında təmir olundu.  Ermənistan Hökumətinin bu fəaliyyəti, 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolunun  9-cu bəndinə ziddir. Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti digər beynəlxalq qanun və konvensiyalara görə də yolverilməzdir.   1954-cü ildə Haaqada qəbul edilmiş  "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya"  müharibə dövründə  mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək,  mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət, bərpa, təmir və qanunsuz mənimsənilmənin istənilən formasını qadağan edir.   Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Şuşa üzərində qələbədən dərhal sonra etdiyi çıxışların birində dediyi:-"Biz Şuşanın tarixi gözəlliyini özünə qaytaracağıq" ifadəsi, eləcədə Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi bu Layihənin ideyasını gündəmə gətirdi. Vətəndaşlarımızın mənəviyyat dünyası sayılan Şuşa şəhərinin yenidən bərpa edilməsi hər bir azərbaycanlının o cümlədən hər birimizin məsuliyyət məsələmizdir.   Filmin ssenari müəllifi Tarix İnstitunun əməkdaşı Faiq İsmayılov, rejissioru kinomatoqraf Amil Amal , əməkdaşlar Səbinə Novruzzadə, Xəyalə Quliyeva və Amil İsmayılzadədir.