• 28 Mart 2024
logo
QHT-lərin UNESCO-ya MÜRACİƏTİ səsləndirilib.

QHT-lərin UNESCO-ya MÜRACİƏTİ səsləndirilib.

13 sentyabr tarixində ölkə QHT-lərinin müraciəti əsasında Agentliyin ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti ilə bağlı tədbiri keçirilib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvi, İlqar Orucov, elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvi İlqar Orucov bildirib ki, Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. Ermənistanın uzun illərdir apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik Ermənistan ərazisindəki mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşmişdir və əksəriyyəti məhv edilmişdir. Ermənistan indiki ərazisində əsrlər boyu yaşayan azərbaycanlıların XX əsr ərzində deportasiyası nəticəsində Ermənistanda bir nəfər azərbaycanlı belə qalmamışdır. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunmuşdur.
Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri - Rauf Zeyni, Səadət Bənənyarlı, Əkrəm Bəydəmirli, Vüqar Əhmədov, Elçin Mirzəbəyli, Rəşad Əliyev, İradə Rzazadə, Ayşən Hüseynova, Xatirə Vəliyeva, Hacı Abdulla, Mehri Xanbabayeva, Davud Rəhimli, Bahar Qasımova, Şəhla Nağıyeva, Azər Əliyev bildiriblər ki, erməni vandalları xalqımıza məxsus tarixi-etnik torpaqlardakı izləri silməklə kifayətlənməyərək, eyni zamanda qədim türk mənşəli Azərbaycan toponimlərinə qarşı da barbarcasına kütləvi soyqırım həyata keçirirlər. Belə ki, istər indiki Ermənistan ərazisində, istərsə də işğaldan azad olunmuş ərazilərimizdə azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsinin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilməkdədir. Təəssüflər olsun ki, tarixi irsimizə vurulan bu zərbələri dünya birliyi hələ də ağır sükut və susqunluqla seyr etməkdədir.
Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti səsləndirilib.
#QhtAgentliyi #NgoAgency #UNESCO #müraciət