• 18 Aprel 2024
logo
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi   yeni layihəyə start verdi

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi yeni layihəyə start verdi

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində ikiaylıq “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsini həyata keçirməyə başlayıb.

Şəkilin açıqlaması yoxdur.

İctimai Birliyin Analitik-İnformasiya Bölümündən verilən məlumatlara görə, lahiyə 1 sentyabr – 1 noyabr 2022-ci il tarixlərində gerçəkləşəcək.

Layihə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən əsgərlər, gizir və zabitlərimizə vətəndaşlarımızın olan dəstəyini, onlara güvəndiklərini təbliğ və təşviq edərək göstərmək və ictimailəşdirmək və bununla hər bir azərbaycanlının əsgərlərmizin yanında olduğunu göstərmək, ordu sıralarında Vətənin müdafiəsində olan oğullarımıza xalqın sevgi və güvəncini göstərmək nəzərdə tutulub.

Layihənin əsas ideyasi Azərbaycan Silahlı Qüvvələrinə xalqımızın sevgisini çatdırmaq, hansısa hərbi hissədə və ya hərbi təmayüllü məktəblərdə görüşlər keçirməklə xalq-ordu birliyini vəhdətini nümayiş etdirməkdir.

Layihəmizin adından da məlum olduğu kimi hərbiçələriməzə dəstək və onların həmişə yanında olduğumuzu nümayiş etdirmək, əsgərlərimizin təlimlərdən və xidmətdən sonrakı vaxtlarını səmərəli keçirməsi üçün nəşr etdirdiyimiz kitabların təqdimatını və yaradıcı adamlarla görüşlərin keçirilməsi planlaşdırılır.

“Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Lahiyənin rəhbəri “DSD” İB nin sədri Faiq Balabəylidir.

Hər birimiz Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyi göstərək.

Tural Balabəyli

“DSD”İB -nin layihə üzrəAnalitik-İnformasiya Bölümünün rəhbəri