• 26 May 2022
logo
İnkişafa və İslahatlara Dəstək İctimai Birliyi layihəsinin icrasını yekunlaşdırıb

İnkişafa və İslahatlara Dəstək İctimai Birliyi layihəsinin icrasını yekunlaşdırıb

İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Şəhid və qazilərin həyat yolunu işıqlandıraraq gənc nəslin maarifləndirilməsi” layihəsinin icrası yekunlaşıb.
Layihənin işci qrupunun – layihə rəhbəri Ramil Əliyev, layihə koordinatoru Qərənfil Rəhmanova, fotoqraf Tural Mahmudov, videoqraf Rəfail Dostəliyevin iştirakı ilə 29 aprel 2022-ci il tarixində iclası keçirilib. Iclasa başlamazdan əvvəl Torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. İclas Ramil Əliyevin çıxışı ilə açıq elan olunub. Ramil Əliyev Ölkə Prezidenti cənab İlham Əliyevə və QHT-lərə dövlət dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə öz minnətdarlığını bildirib. O qeyd edib ki, layihə uğurla başa çatdırılıb, 20 şəhid və 10 qazi barədə videomaterial hazırlanıb və Öndər.tv-də paylaşılıb. Həmçinin layihə müddətində əlavə olaraq 4 şəhid ailəsi ziyarət olunub və onlar barədə də videoçarx hazırlanıb. Ramil Əliyev layihənin davamlılığının təmin olunması üçün tədbirlərin davam etdiriləcəyini bildirib. İşçi qrupuna şəhidlərin və qazilərin tanıdılması istiqamətində vətəndaşlıq borcunu yerinə yetirərək fəal iştirak etdiklərinə görə öz təşəkkürünü bildirib.
Daha sonra iclasda layihənin hesabatlılığı üzrə müzakirə aparılıb.
Qeyd edək ki, layihə çərçivəsində 11 regionda- Balakən, Zaqatala, Bakı, Qax, Astara, Cəlilabad, Gəncə, Daşkəsən, Qusar, Quba və Sumqayıtda 20 şəhid və 10 qazinin tanıdılması məqsədilə çəkilişlər apararaq videoroliklər hazırlamaq və “Öndər TV” internet kanalında yayınlamaq nəzərdə tutulmuşdur. Layihənin müddəti 1 fevral 2022-ci il-1 may 2022-ci il tarixini əhatə edirdi.