• 18 May 2022
logo
Xanım QHT rəhbərləri beynəlxalq təşkilatlara müraciət etdilər

Xanım QHT rəhbərləri beynəlxalq təşkilatlara müraciət etdilər

Yanvarın 20-də Qeyri-Hökumət Təşkilatının qadın rəhbər və nümayəndələri 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad etmək məqsədilə 20 Yanvar meydanında ucaldılmış abidəni ziyarət ediblər. QHT təmsilçiləri faciənin 32-ci ildönümü ilə əlaqədar abidə kompleksinin önünə gül dəstələri düzüb şəhidlərin xatirəsini ehtiramla yad ediblər. 20 Yanvar – Ümumxalq Hüzn gününün xalqımızın qan yaddaşımızın unudulmaz səhifəsi olduğunu vurğulayan xanımlar bildiriblər ki, həmin gün, eyni zamanda, milli iradəmizin zəfər çaldığı gündür. “20 Yanvar faciəsi Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” – deyən xanımlar qeyd ediblər ki, gənc nəslin nümayəndələrini 1990-cı ilin 19-20 yanvar hadisələri, bunların səbəb və nəticələri barədə məlumatlandırmağa davam edəcəklər.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsindən söz açan QHT-lərin xanım rəhbərləri vurğulayıbar ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan ordusu qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqli şəkildə gələrək düşməni bütün istiqamətlərdə məğlub edib. Azərbaycan xalqının öz igid övladları ilə fəxr etdiyini bildirən vətəndaş cəmiyyətinin təmsilçiləri böyük zəfərin əldə olunmasında milli və dini həmrəyliyin həedici rol oynadığını da qeyd ediblər. QHT rəhbərləri bəyan ediblər ki, Azərbaycanın milli maraqları uğrunda yorulmadan fəaliyyət göstərən Prezident İlham Əliyevi hər zaman dəstəkləyiblər və bundan sonra da dəstəkləyəcəklər.
QHT nümayəndələri sonda Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin bir il əvvəl insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu vurğulayırıq. Biz, bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq”.

Müraciət aşağıdakı QHT-lər tərəfindən imzalanıb:

“XXI Əsrin Qadınları” i.b. - Mahirə Əmirhüseynova
"Mədəniyyətin və Milli Ənənələrin Təbliği" i.b. - Büllur Məmmədova
"Müharibə Vetetanı Qadınlarına Sosial Yardım"i.b - Radə Abbas
"Həqiqət Tarixi araşdırmalar" i.b. - Elnarə Abbasova
"Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək" i.b. - Həsənova Nəzakət
"Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək" i.b. - Aynur Zülfüqarova
"Ailələrə Sosial Dəstək" i. b. - Rəhimova Esmira
"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək i.b. - Gülnar Rüstəmova
"Miqrasiya proseslərinin tədqiqi" i.b - Fəridə Hicran
"Gənclərin anti-narkamaniya" i.b.- Nərmin Hüseynova
"Mirvari Dilbazi Poeziya Məclisi" i.b. - Güllü Eldar Tomarlı