• 19 Aprel 2024
logo
Yaponiyanın qrant yardımı çərçivəsində 7 müqavilə imzalanıb

Yaponiyanın qrant yardımı çərçivəsində 7 müqavilə imzalanıb - SİYAHI

Bu gün Astara, Qazax, Ucar, Ağdaş, Zaqatala, Ağdam və Quba rayonlarında icra olunacaq “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində 7 layihənin qrant müqavilələri imzalanıb.
Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, 7 qrant layihəsinin ümumi məbləği 1,061,041 manatdır.
Bu gün imzalanmış müqavilələr də daxil olmaqla, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 275 qrant müqaviləsi imzalanıb və bu müqavilələrdə nəzərdə tutulan yardımın ümumi məbləği 39,100,000 AZN-i keçib.
Qrant müqavilələrin imzalanması imzalanması 16 dekabr tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyində həyata keçirilib. Qrant müqavilələrinin imzalanmasından sonra yerli qeyri-hökumət təşkilatları və Yaoniya Səfirliyi arasında həyata keçirilən fikir mübadiləsi zamanı səfir VADA Cüniçi fikir bildib ki “ “Ot Kökləri ” üzrə Qrant Yardımının həyata keçirilməsi yerli əhalinin sağlamlığına xidmətin inkişafına, ehtiyaca uyğun sayda təhsil müəssisələrinin təmin edilməsinə, yerli əhalinin həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına öz töhvəsini verəcəyini ümid edirəm. Bundan sonra daha da müxtəlif sahələrdə yardımların göstərilməsini nəzərdə tuturuq”.
Qeyri-hökumət təşkilatı rəhbərləri Yaponiya Hökumətinə “Ot Kökləri ” üzrə Qrant Yardımının həyata keçirdiyi üçün öz təşəkkürünü bildirib.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu günədək səhiyyə, ictimai sağlamlıq, təhsil, kənd təsərrüfatı sahəsinin inkişafına yardım prioritet xarakter daşıyıb. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökümət təşkilatları, təhsil ,səhiyyə orqanları və digər qeyri-kommersiya qurumların müraciəti mümkündür.
İmzalanmış layihələr

Layihənin adı

QHT-nin adı

Məbləğ

(AZN)

Astara rayonunun Deqadi kənd məktəbinin əlavə korpusunu tikilməsi

“Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyi

150,794

Qazax rayonunun Bala Çaylı kəndində suvarma sisteminin quraşdırılması

“Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin

152,734

Ucar rayonunun Bərgüşad kəndində ailə sağlamlıq mərkəzinin inşası

“Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyi

146,775

Ağdaş rayonunda tullantıların çeşidlənməsi məntəqəsinin inşası

“İnkişaf 2006” Sosial Dəstək İctimai Birliyi

153,118

Zaqatala rayonunun Aşağı Tala kəndində 3 nömrəli bağçanın inşası

“Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyi

151,348

Ağdam rayonunun 9 kəndində suvarma sisteminin bərpa olunması

“Aran Humanitar Regional Inkişaf” İctimai Birliyi

152,607

Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası

Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək İctimai Birliyi

153,689

Cəmi

1,061,065