• 17 Oktyabr 2021
logo
QHT nümayəndələri Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər

QHT nümayəndələri Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər

Qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Gəncədə Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər.
“Nizami ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi səfər çərçivəsində Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət edən 100-ə yaxın QHT nümayəndəsinə dahi şairin zəngin ədəbi irsi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkədə dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub.