“Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi "Bələdiyyə vətəndaş münasibəti: Yeni tələblər” layihəsinin icrası ilə bağlı Xətai Bələdiyyəsində birinci tədbirini keçirdi. Rəhbərlik etdiyim QHT bulki layhəsində Bakı şəhərinin Xətai ərazində fəaliyyət göstərən bələdiyyələrlə və rayon ictimaiyyəti ilə görüşlər keçirəcək” Bu açıqlamanı mətbuata Ədalət, Hüquq, Demokratiya, (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərimə görə Xətai rayonunda keçirilən tədbirlərimizlə bağlı ilk olaraq rayon icra hakikiyyətinin başçısı hörmətli Rafiq Quliyevə təşəkkürümüzü bildiririk. Həmçinin də Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevə təştəşəkkürümü çatdırıram:” Görüş Xətai bələdiyyəsinin inzibati binasında bələdiyyə sədrinin müavinləri, bələdiyyə rəhbərliyində təmsil olunan şəxslərlə, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları ilə keçirdik. Təxminən 30 nəfər yaxın şəxs iştirak edirdi. Layihəmizin əsas istiqaməti də məhz bələdiyyə rəhbərli, bələdiyyə qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyənin vergi yığanları ilə vətəndaş arasında yeni münasibətlərin formaşmasına dair maarifləndirilmənin aparılmasıdır. Layihə çərçivəsində rayonunda 3 görüş nəzərdə tutmuşuq. Həmçinin də televiziya kanalında layihə barədə 4 verlişin çəkiıməsi həyata keçiriləcək. “
Niyaməddin Orduxanlının bildirdiyinə görə, Xətai rayonu Bakı şəhərinin ən nümunəvi rayonlarından biridir:” Təşkilatımız təsadüfən Xətai rayonunu seçməyib, rayonda görülən işləri və mövcud problemləri çox yaxşı bilrik. Görüşdə bələdiyyələrin üzərinə düşən vəzifələr və görülən işlərdən çox geniş formada danışıldı. Bələdiyyə səlahiyyətlərinin hansı səyyədə olduğu da geniş müzakirə olundu. Bələdiyyə sədrinin müavini Şahmar müəllim, bələdiyyədə rəhbər vəİfəsində çalışan Rövşən müəllim Xətai bələdiyyəsinin gördüyü işlərlə bağlı çox geniş və əhatəli məlumatlar verdilər.”
QHT sədri N.Orduxanlının dediyinə görə, görüşdə Azərbaycanda 1999-cu ildən yaradılmış bələdiyyə institutundan da danışılıb: “Bələdiyyə çox önəmli bir institutdur. Azərbaycanda yerli özüniidarə etmənin 26 illik tarixi var. İlk olaraq 2700 bələdiyyyə fəaliyyət göstərirdi. Ancaq indi bu bələdiyyələr birləşərək 685 yendirilib. Xətai bələdiyyəsi də ilk yaranan bələdiyyələrdəndir. Dövlətimizin inkişaf üçün mütləqdir ki, bələdiyyə institunun səlahiyyət və imkanları genişləndirililsin. Bizim təşkilatın əsas fəaliyyəti də by istiqamətdədir. Bələdiyyələrin büdcələrinin formaşadırılması yığılan vergilərlə formalaşdırılır. Vətəndaşları bələdiyyə yığımına cəlb etməliyik. Maarifləndirmə işlərini daha da artırmalıyıq. Layihəyə uyğun olaraq Xətai rayonunda fəaliyyət göstərən bələdiyyələrlə keçirdiyimiz görüş və rayonda görülən işlər barədə internet televiziyasında məlumat yayılacaq. Həmçinin də ölkə mediasında və sosial şəbəkələrdə geçirilən görüş barədə geniş məlumatlar veriləcək" Layihənin sonunda keçirlən tədbirlərlə bağlı QHT-lərə Dövlət Agentliyinə hesablar təqdim olunacaq.”