• 19 Aprel 2024
logo
Leonid Slutski: “Azərbaycan bizim fəxr etdiyimiz ölkədir”

Leonid Slutski: “Azərbaycan bizim fəxr etdiyimiz ölkədir”

“Azərbaycan bizim fəxr etdiyimiz ölkədir. Azərbaycan uzun illərdir mənim qəlbimdə yaşayır”.
Bunu Azərbaycanın Rusiyadakı Səfirliyində 28 May Müstəqillik Günü münasibəti ilə keçirilən mərasimə qatılan Rusiya Liberal Demokrat Partiyasının yeni seçilmiş lideri Leonid Slutski jurnalistlərə açıqlamasında bildirib.
“Bu gün Azərbaycan çiçəklənən iqtisadiyyat deməkdir. Bu gün Azərbaycan elə bir ölkədir ki, ora yenə getməkdən doymursan, yenə getmək istəyirsən. Prezident İlham Əliyev öz ölkəsi üçün heyrətamiz uğurlar əldə edib. O, Azərbaycanı enerji asılılığı olmayan ölkəyə çevirib. İlham Əliyev həlli mümkün olmayan vəzifələrin öhdəsindən gəlib. Azərbaycanın Birinci vitse-prezidentinin Mehriban Əliyevanın rəhbərliyi, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun koordinasiyası ilə ölkə hüdudlarından kənarda böyük əhəmiyyətə malik layihələr həyata keçirilib. Mən bizə yaxın olan bütün Azərbaycan xalqını Müstəqillik Günü bayramı münasibəti ilə təbrik edirəm”, - deyə rusiyalı siyasətçi qeyd edib.