• 9 Dekabr 2021
logo
“Cənab Prezident Füzulini cənnətə çevirir”

“Cənab Prezident Füzulini cənnətə çevirir” - Tural İsmayılov

“Ölkə başçısı Füzulidən bütün dünyaya mesaj verdi”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirib.
“ 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi, həmin dövrdə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar, ermənilərin 30 il ərzində qurduğu güclü müdafiə xəttinin yarılması, hərbçilərimizin şücaəti və qəhrəmanlığı, Füzulinin işğaldan azad edilməsinin tarixi, strateji və psixoloji əhəmiyyətinə Prezident İlham Əliyev bir daha toxundu. Bu gün bir daha əmin oluruq ki, Füzuli şəhərinin işğaldan azad olunmağı müharibənin taleyində necə müstəsna əhəmiyyətə malik olub. Füzuli istiqamətində ermənilərin bir neçə istehkam xəttindən ibarət güclü müdafiə sistemi qurmasına baxmayaraq Azərbaycan Ordusunun təzyiqinə davam gətirə bilməməyi Ermənistan ordusunda böyük qorxuya və xofa səbəb oldu.
Füzulinin azad olunması həm Azərbaycan Ordusunun, cəmiyyətinin özünə inamını daha da möhkəmləndirməsi, Ermənistan tərəfinin ciddi psixoloji sarsıntısına səbəb olması, ermənilərin öz ordularının “yenilməzliyi” haqqında yaratdığı mifi darmadağın etməsi 44 günlük savaşda növbəti qələbələrimizə zəmin yaratdı. Füzuli rayonunda bərpa və yenidənqurma işlərinin aparılmasında qarşıya çıxan təbii çətinliklər, o cümlədən Füzuluinin ən çox minalanmış ərazi olması, infrastrukturun tamamilə dağıdılması bizim qarşımıza çətin vəzifələr qoyurdu. Buna baxmayaraq artıq şəhərin baş planının və kəndlərin inkişaf konsepsiyasının hazır olması, bərpa prosesinə start verilməsi və ilk infrastruktur layihələrinin məhz Füzulidə başlanması ölkədəki düşünülmüş siyasi idarəetmənin göstəricisidir. Ötən dövr ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi, rayonun enerji ilə təmin edilməsi və bu kontekstdə “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlinin qoyulması, Füzuli-Şuşa magistral yolunun, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarının çəkilişi, Füzuli-Ağdam yolunun təməlinin qoyulması, “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində yaradılacaq böyük yaşayış məntəqəsinin əsasının qoyulması, bu layihənin beş kəndi birləşdirməsi, ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulması, bunun Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olması, Füzuli şəhərinin baş planının təqdiq edilməsi, Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşının qoyulması, görüləcək işlərlə bağlı mütəxəssislərin iştirakı ilə ətraflı məlumatlar verilməsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ümumi məlumatlandırma və qısa zaman kəsiyində görülmüş böyük işlərin necə mükəmməl koordinə edildiyini nümayiş etdirir”.
Əli Zülfüqaroğlu