Bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin doğum günüdür.
Partiya rəhbərliyi Qüdrət Həsənquliyevi doğum günü münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və uğurlar diləyir!
Qeyd edək ki, Qüdrət Həsənquliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı növbəti kitab nəşr olunub.
İşıq üzü görən yeni ktab ƏHD Partiyası Ali Məclisinin sədri Vaqif Abışov (elmi redaktor, kitabın tərtibatı və çapa hazırlığı) və ƏHD Partiyası İdarə Heyətinin üzvü, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Əli Zülfüqaroğlu (materialların elektron versiyasının hazırlanması) tərəfindən tərtib olunub.
Qüdrət Həsənquliyevin 2020-2025-ci illəri əhatə edən ictimai-siyasi fəaliyyətinə həsr olunmuş kitab iki cilddən ibarətdir. Artıq nəşr olunan birinci kitab 2020-2022-ci illəri əhatə edir.
Birinci kitabda Qüdrət Həsənquliyevin respublikamızın sosial-iqtisadi və siyasi həyatı, eləcə də dünyada baş verən hadisələrlə əlaqədar baxışlarına, apardığı təhlillərin, irəli sürdüyü təkliflərin və verdiyi proqnozların doğruluğuna, onun siyasi təcrübəsinə, dünyagörüşünə birbaşa şahidlik imkanı yaradır.
Kitab, Azərbaycanda və dünyada baş verən hadisələrlə yaxından maraqlanan müəllimlər, tələbələr, siyasətçilər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.