Milli Məclisdə Azərbaycan dili, ədəbiyyat və tarix dərslikləri ilə bağlı ictimai dinləmə keçiriləcək.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Anar İsgəndərov deyib.
O bildirib ki, dinləmə elm və təhsil naziri Emin Əmrullayevin işitrakı ilə təşkil olunacaq.
"Bu məsələ komitənin payız sessiyası üzrə İş planına daxil edilib", - deputat əlavə edib.