• 26 Sentyabr 2026
logo
Bakının BRİKS-lə bağlı müraciətinə bu tarixdə baxılacaq – Cabarov

Bakının BRİKS-lə bağlı müraciətinə bu tarixdə baxılacaq – Cabarov

Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə Kazanda keçiriləcək sammitdə baxıla bilər.

Baymedia.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

“Ola bilsin ki, Azərbaycanın müraciətinə BRİKS-in 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxılsın və onun assosiasiyaya daxil olması ilə bağlı qərar qəbul olunsun”, - Cabarov bildirib.