• 26 Sentyabr 2026
logo
Təcili: MN məlumat yaydı - Düşmən PUA-sı…

Təcili: MN məlumat yaydı - Düşmən PUA-sı…

İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Baymedia.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.