• 26 Sentyabr 2026
logo
Viktor Orban Azərbaycana gəlir

Viktor Orban Azərbaycana gəlir

Macarıstan baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

Baymedia.az APA-ya istinadla xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.

Onun sözlərinə görə, baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək.

"Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər.

Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq", o bildirib.