• 22 İyun 2024
logo
Obrayen İrəvanda Zəngəzur dəhlizindən danışdı

Obrayen İrəvanda Zəngəzur dəhlizindən danışdı

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayen Ermənistanla ikitərəfli əlaqələr çərçivəsində müxtəlif sahələrdə yardımın olduğunu təsdiqləyib.

Baymedia.az xəbər verir ki, Obrayen bu barədə İrəvanda keçirilən ABŞ-Ermənistan Strateji Dialoqunun iclasında deyib.

Obrayen çıxışında İrəvanın son illər islahat arzusunu dəfələrlə təsdiqlədiyini və Baş nazir Paşinyanın rəhbərlik etdiyi hökumətin bu istiqamətdə addımlar atdığını bildirib.

Amerikalı diplomat Ermənistan iqtisadiyyatının fəal şəkildə inkişaf etdiyini də vurğulayıb.

Ceyms Obrayen ABŞ-ın Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanları genişləndirərək, regiona davamlı sülh gətirmək üçün səyləri təşviq etdiyini diqqətə çatdırıb:

“Ermənistanla Azərbaycan arasında davamlı sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək. Bu baxımdan, səylərə töhfə verməkdən məmnunuq”.

Qeyd edək ki, erməni mətbuatı Obrayenin qeyd etdiyi “Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanlar” açıqlaması ilə Orta Dəhlizi nəzərdə tutduğunu yazıb. Bildirilib ki, söhbət Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana keçən yoldan gedir.