• 26 Sentyabr 2026
logo
Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib

Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-dən Baymedia.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.