• 27 İyul 2024
logo
Edqars Rinkeviçs Azərbaycana gələcək

Edqars Rinkeviçs Azərbaycana gələcək

Latviya Prezidenti Edqars Rinkeviçs BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Baymedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dayqa Mierina COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, COP29-da iştirak etmək üçün Latviya Prezidentinin də Azərbaycana səfər edəcəyini deyib.