• 19 May 2024
logo
Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fiko mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.

Baymedia.az xəbər verir ki, Baş nazir Robert Fiko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.