• 1 May 2024
logo
Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq.

Baymedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib.

“Əgər biz delimitasiya və demarkasiya ilə bağlı addımlar atmasaq, mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək”, - Paşinyan bildirib.