• 29 Aprel 2024
logo
Tokayevdən Bakı və İrəvana təklif

Tokayevdən Bakı və İrəvana təklif

Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır.

Baymedia.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə brifinqdə deyib.

“Qazaxıstan mümkün qədər kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır”, - Tokayev bildirib.