• 18 Aprel 2024
logo
MTRŞ ötən il lisenziyalardan büdcəyə daxil olan vəsaiti açıqlayıb

MTRŞ ötən il lisenziyalardan büdcəyə daxil olan vəsaiti açıqlayıb

Ötən il Milli Televiziya və Radio Şurasına (MTRŞ) dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 179.360,79 manat büdcəyə qaytarılıb.
Bu, MTRŞ-nın 2021-ci il üzrə maliyyə hesabatında yer alıb.
Bildirilib ki, MTRŞ tərəfindən 15 fevral-17 mart və 7 iyun-7 iyul 2021-ci il tarixlərində elan edilmiş tender üzrə cəmi 2.600,00 (iki min altı yüz) manat büdcədənkənar vəsait daxil olub və bu vəsait dəftərxana ləvazimatlarının alınmasına sərf olunub.
“Bundan başqa cari ildə verilmiş lisenziyalardan isə 1.620,00 (bir min altı yüz iyirmi) manat büdcədənkənar vəsait daxil olub. Qeyd olunub ki, bu vəsaitdən 1.030,13 (bir min otuz manat on üç qəpik) işçilərə mükafat olaraq verilib, qalan vəsait isə əmək haqqından tutulmalara və bank xidməti xərclərinə sərf olunub, 2,83 (iki manat səksən üç qəpik) vəsait isə büdcəyə qaytarılıb.