• 21 May 2024
logo
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Mətbuat Şurasında olub

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Mətbuat Şurasında olub

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova
Azərbaycan Mətbuat Şurasında olub.
Qonağı salamlayan MŞ sədri Rəşad Məcid ona rəhbərlik etdiyi qurumun
missiyası barədə məlumat verib. Şuranın türk dünyasında fəaliyyət
göstərən media orqanları və jurnalist təşkilatları ilə əməkdaşlığından söz
açan R.Məcid bildirib ki, qarşılıqlı təmaslarda başlıca məqsəd həm də ortaq
türk mədəniyəti və irsinin təbliğində jurnalist əməyini stimullaşdırmaq,
qələm sahibləri arasında əlaqələrin dərinləşməsinə dəstək göstərməkdir.
A.Raimkulova rəhbərlik etdiyi Fondun hazırda həyata keçirdiyi işlər və
gələcək planlarından söz açıb. O, qurumun fəaliyyətinin intensivləşdirilməsi
üçün media amilinin zəruriliyini önə çəkib. Bu baxımdan Mətbuat Şurası ilə
əməkdaşlığın faydalı nəticələr doğuracağına əminliyini vurğulayıb.
Qarşılıqlı fikir mübadilələri şəraitində keçmiş görüşdə MŞ sədrinin müavini
Səadət Məmmədovanın, Şuranın İdarə Heyətinin üzvləri – Azər Həsrətin və
Hacıbəy Heydərlinin birgə əməkdaşlıqla bağlı təklifləri maraqla qaşılanıb.
Görüşdə, həmçinin, Türk Mədəniyyəti və İrsi Fondu ilə Mətbuat Şurasının
təmsilçilərinin müntəzəm görüşlərinin, müxtəlif məsələlərə dair birgə
müzakirələrinin təşkili qərara alınıb.