• 27 İyul 2024
logo
DİN: Ötən gün Azərbaycanda 41 cinayətin üstü açılıb

DİN: Ötən gün Azərbaycanda 41 cinayətin üstü açılıb

Fevralın 12-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Baymedia.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 35 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.