• 19 Mart 2024
logo
Qəbələdə itkin düşən şəxsin axtarışları davam etdirilir

Qəbələdə itkin düşən şəxsin axtarışları davam etdirilir - Video

30 noyabr 2022-ci il tarixində 1973-cü il təvəllüdlü Səyavuş İbrahimxəlil oğlu Həmidovun Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Bu barədə Baymedia.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.