• 3 İyul 2025
logo
“8-ci kilometr bazar”ının yaxınlığında yanğın olub, yolda sıxlıq yaranıb

“8-ci kilometr bazar”ının yaxınlığında yanğın olub, yolda sıxlıq yaranıb

Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.

Baymedia.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.