• 24 İyul 2024
logo
Azərbaycanlı alimlə bağlı xəbərdarlıq

Azərbaycanlı alimlə bağlı xəbərdarlıq

Beynəlxalq Əfv Təşkilatı Tehranın Evin həbsxanasında saxlanılan İsveç vətəndaşı olan Güney azərbaycanlı alim Əhmədrza Cəlali ilə bağlı İran Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejeiyə məktub ünvanlayıb.

Baymedia.az xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.

Məktubda Cəlalinin həbsi, mühakiməsi və barəsində edam qərarının çıxarılmasının ədalətsiz olduğu vurğulanıb, onun dərhal azadlığa buraxılması istənilib.

Bununla yanaşı, İsveç hökumətinə də müraciət olunub və Stokholmdan alimin sərbəst buraxılması istiqamətində səylərini artırması tələb edilib.

Qeyd edək ki, azərbaycanlı alim 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi onu “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən təsdiq olunub.