• 3 May 2024
logo
Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir

Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir

Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha da dəqiqləşdirmək məqsədilə minalardan təmizləmə işlərinə başlayıblar.

Baymedia.az xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Azərbaycanla delimitasiya nəticəsində yeni sərhəd Ermənistan tərəfinin nəzarətində qalacaq kilsənin yaxınlığından keçəcək. Hazırda orada 20-25 istehkamçının işlədiyi bildirilir.