• 30 Aprel 2024
logo
Cəbrayılda daha 29 mina tapıldı

Cəbrayılda daha 29 mina tapıldı

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb.

Bu barədə Baymedia.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildrilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ərazidən 29 ədəd tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.