Əsas məsələ iqtisadi tempin artmasıdır və biz bütün gücümüzlə buna çalışırıq.
Baymedia.az xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-ci ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı müzakirələrdən sonra söyləyib.
Neft yataqlarının istismarı və neft hasilatı ilə bağlı danışan Baş nazir deyib: “Təbii ehtiyatlar da zaman keçdikcə tükənir. Neft hasilatını sabitləşdirmək üçün müvafiq danışıqlar aparılır”.