• 27 İyul 2024
logo
Manatla pul kütləsi əhəmiyyətli dərəcədə artıb

Manatla pul kütləsi əhəmiyyətli dərəcədə artıb

2024-cü il fevralın 1-nə Azərbaycanda manatla pul kütləsi ötən ilin analoji dövrü ilə müqayisədə 5,32 milyard manat və ya 18,4 faiz artaraq 28,914 milyard manatdan 34,235 milyard manata çatıb.

Baymedia.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankın məlumatlarına əsasən, tədavüldə olan nağd pul kütləsi (M0) il ərzində 2,158 milyard manat (16,28 faiz) artaraq 13,258 milyard manatdan 15,416 milyard manata çatıb. Genişlənmiş pul kütləsi (M3) isə əvvəlki il ərzindəki 42,014 milyard manatla müqayisədə 2,883 milyard manat (6,86 faiz) artaraq 44,898 milyard manata çatıb

İl ərzində sövdələşmələr üçün məbləğlər (M1) 4,078 milyard manat (16,51 faiz) artaraq 24,707 milyard manatdan 28,785 milyard manata çatıb.

Pul bazarının parametrləri (manatla) aşağıdakı cədvəldə göstərilib:

Pul bazarının parametrləri 2024-cü il fevralın 1-nə olan həcm 2023-cü il fevralın 1-nə olan həcm
Genişlənmiş pul kütləsi (М3) 44 898 700 000 42 014 800 000
Manat ifadəsində pul kütləsi (М2) 34 235 300 000 28 914 800 000
Sövdələşmələr üçün məbləğlər (М1) 28 785 700 000 24 707 303 000
Tədavüldə olan nağd pul vəsaiti (М0) 15 416 500 000 13 258 000 000
Manat ifadəsində nağd pul kütləsi 13 369 200 000 11 449 300 000