• 3 Mart 2024
logo
Azərbaycanda qazma qurğuları parkı genişləndirilir

Azərbaycanda qazma qurğuları parkı genişləndirilir

SOCAR beynəlxalq neft-servis korporasiyası olan “Noble”dan “Noble Explorer” yarıdalma qazma qurğusunu alır.

Bu barədə Baymedia.az neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

"Onun sözlərinə görə, öncə “Explorer” qazma qurğusu Danimarkanın “Maersk” şirkəti tərəfində idarə olunurdu, sonra onu “Noble” korporasiyası alıb. İndi isə SOCAR qazma qurğusunu “Noble”dan alır", - mənbə qeyd edib.

Onun sözlərinə görə, qazma qurğusu SOCAR-a ilin sonunadək ötürüləcək və Azərbaycanın Xəzərdəki layihələrinə cəlb olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda bütün iri yarıdalma qazma qurğuları əsas payı SOCAR-a məxsus olan "Caspian Drilling Company" (CDC) tərəfindən idarə olunur.