• 24 Sentyabr 2026
logo
Məmməd Abbasbəyli: Ötən il ixrac olunan mallara 72 min 554 mənşə sertifikatı verilib

Məmməd Abbasbəyli: Ötən il ixrac olunan mallara 72 min 554 mənşə sertifikatı verilib

Standartlaşdırma, metrologiya və uyğunluğunu qiymətləndirilməsi və akkreditasiya sahələrinə rəqəmsallaşmanın təşkili məqsədilə keyfiyyət portalı yaradılıb.

Baymedia.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, portalın bu ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulur.

“Ötən il ixrac olunan mallara 72 min 554 mənşə sertifikatı verilib. Bu da 2022-ci illə müqayisədə 18,7 faiz çoxdur”, - deyə Məmməd Abbasbəyli vurğulayıb.

Qurum rəhbəri onu da əlavə edib ki, ötən il Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunmuş 6 uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya attestatı ləğv edilib, həmçinin hesabat dövründə uyğunluğu qiymətləndirən 85 qurum akkreditasiya edilib.