• 27 İyul 2024
logo
İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Baymedia.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031; 2023, № 8 (I kitab), maddə 1167) ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndində “5 642 390 (beş milyon altı yüz qırx iki min üç yüz doxsan)” sözləri “245 157 852,36 (iki yüz qırx beş milyon yüz əlli yeddi min səkkiz yüz əlli iki manat otuz altı qəpik)” sözləri ilə əvəz edilsin.