“Cari ilin 9 ayında dövlət büdcəsinə daxilolmalarda qeyri-neft-qaz sektorunun payı 59,5 faiz təşkil edib”.
Baymedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib: “Neft və qazın qiymətlərinin azalmasına baxmayaraq, bu il Azərbaycanın ixracının həcmi 29 milyard dolları ötüb. Qeyri-neft sektoru üzrə isə ixrac isə 2,7 milyard dollardan çox olub”.