Rus rublu bu gün avroya nisbətdə rekord həddə ucuzlaşıb. Baymedia.az xəbər verir ki, hazırda Moskva birjasında 1 avro 108 rubl olub. Bu, 2022-ci il martın 24-dən bəri ən yüksək həddir. 1 dollar isə 98.7 rubl olub.