• 16 Aprel 2024
logo
Talış kəndi bərpadan sonra - Foto

Talış kəndi bərpadan sonra - Foto

Bu gün 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə köçürülüb.
Baymedia.az xəbər verir ki, evlərin daxilində kommunikasiya sistemi çəkilib, bütün evlər mətbəx mebeli ilə təchiz edilib.
Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir. Kənddə 4 yol-kommunikasiya şəbəkəsi tam olaraq qurulub.
Bundan başqa kənddə 9 qeyri-yaşayış binası, fəaliyyət göstərir. Kəndin su-kanalizasiya xətti çəkilib. Məktəb və uşaq bağçasında son tamamlanma işləri aparılır. Kənd tamamilə qazlaşdırılıb. Hazırda Talışda bərpa-quruculuq işləri davam edir. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərədə tutulur.
Xatırladaq ki, Tərtər rayonunun Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğaldan azad edilib.