• 4 Fevral 2023
logo
Magistral kəmərdə qəza: Bakının 3 rayonunda su kəsildi

Magistral kəmərdə qəza: Bakının 3 rayonunda su kəsildi

Kür-Bakı magistral su kəmərində baş vermiş qəzaya görə Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Azərsu ASC-dən Baymedia.az-a verilən məlumata görə, əraziyə qəza briqadaları və xüsusui texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.