• 28 Mart 2024
logo
MM-nin iclasında büdcə zərfi müzakirəyə çıxarılacaq

MM-nin iclasında büdcə zərfi müzakirəyə çıxarılacaq

Gələn ilin büdcə zərfinə daxil olan sənədlər bu həftə Milli Məclisin plenar iclasında sonuncu (üçüncü) oxunuşda müzakirəyə çıxarılacaq.

Baymedia.az-ın xəbərinə görə, toplantı dekabrın 9-da baş tutacaq.

Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” , “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Tibbi sığorta haqqında”, “Büdcə sistemi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” qanunlara, Vergi, Gömrük, Miqrasiya, Əmək məcəllələrinə dəyişiklik layihələri, “Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihələri daxildir.