• 28 Yanvar 2023
logo
G7 ölkələrindən rus nefti ilə bağlı qərar

G7 ölkələrindən rus nefti ilə bağlı qərar

G7 ölkələri və Avstraliya Rusiya neftinin qiymətini 60 dollar səviyyəsində saxlayıb.
Baymedia.az xəbər verir ki, bu barədə G7-yə üzv ölkələr birgə bəyanat yayıb.
“Rusiyadan dəniz yolu ilə nəql edilən neftə 60 dollar/barrel tavan qiymət tətbiq edilməsi ilə bağlı konsensus əldə olunub. Bu qərarla G7 ölkələri Rusiyanın Ukrayna müharibəsində qazanc mənbələrinin kəsilməsi ilə bağlı öhdəliklərini yerinə yetirir. Eyni zamanda sözügedən qərar Rusiya-Ukrayna müharibəsinin qlobal bazarlara mənfi təsirini minimuma endirmək məqsədi də daşıyır. Qərar dekabrın 5-dən qüvvəyə minəcək”, - bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Avropa Birliyi Rusiya neftinin qiymətini 60 dollar səviyyəsində saxlamaqla bağlı qərar qəbul edib.