• 16 Aprel 2024
logo
Rusiyanın ilk lüks maşını: 1 milyon manata – Foto

Rusiyanın ilk lüks maşını: 1 milyon manata – Foto

Rusiya özünün yolsuzluq avtomobili olan “Aurus Komendant”ın seriyalı istehsalına başlayıb.
Baymedia.az xəbər verir ki, bu barədə istehsalçı şirkətdən məlumat verilib.
Məlumata görə, istehsala noyabrın 26-da Elabuq şəhərindəki zavodda start verilib.
“Bu, əksər hissələri Rusiya tərəfindən istehsal edilən lüks sinfindən olan ilk rus avtomobilidir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, avtomobilin istehsalında hazırda milli tədarükçülərin payı 70 faizə çatıb.
Qeyd edək ki, “Komendant” “Aurus” sinfinin ikinci modelidir. Avtomobilin 2023-cü ilin ilk rübündə satışa çıxarılması planlaşdırılır. Qiymətinin isə 33.7 milyon rub olacağı bildirilib.