• 29 Mart 2024
logo
Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri 26% artıb

Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri 26% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 706 401,5 min manat təşkil edib, bu da illik müqayisədə 26% artım deməkdir.

Dövlət Statistika Komitəsindən Baymedia.az-a verilən məlumata görə, ötən ilin yanvar-sentyabr aylarında sözügedən göstərici 1 353 883,7 min manat səviyyəsində olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 501,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,1% çoxdur.

Qaz nəqlinin 53,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 15 203,3 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,6%-lik artım).