• 27 İyun 2022
logo
Azad olunmuş şəhərlərin Baş planlarının hazırlanmasına 25 milyon manat yönəldilib

Azad olunmuş şəhərlərin Baş planlarının hazırlanmasına 25 milyon manat yönəldilib

“2021-ci ildə kənd təsərrüfatı sahəsində də məqsədyönlü addımlar atılıb”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb: “2021-ci ildə azad olunmuş ərazilərin bərpası və yenidən qurma işləri ilə bağlı büdcədən vəsait ayrılıb. Eyni zamanda azad olunmuş ərazilərdəki şəhərlərimizin Baş planlarının hazırlanması üçün 25 milyon manat vəsait yönəldilib. Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit faizlərinə subsidiyalar ayrılıb. Eyni zamanda fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas borcun ödənilməsi ilə bağlı proqram çoxdandır icra edilmirdi. Biz artıq bunu icra edirik və 9 milyon manatdan çox kompensasiyanın verilməsi təmin edilib. Pandemiyanın zərərlərinin aradan qaldırılması üçün 271,9 milyon manat məbləğində subsidiya təsərrüfat subyektlərinə ayrılıb. Taxıl qiymətlərinin dünya bazarında artmasına baxmayaraq, keçən il Azərbaycanda taxılın qiyməti dəyişmədi”.