• 17 Oktyabr 2021
logo
“Rregionlarının sosial-iqtisadi inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir”

“Rregionlarının sosial-iqtisadi inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir”

Mahir Zeynalov: “Ölkədə ərzaq təhlükəsizliyi və digər məsələlərin həlli rayonların tərəqqisindən asılıdır”

Bu gün Azərbaycanda qeyri neft sektorunun, ocümlədən regionların sosial-iqtisadi inkişafı prioritet istiqamətlərdən hesab olunur. Bu istiqamətdə görüləcək işlər mühüm əhəmiyyət daşıyır. Eksperlərlə söhbətimizdə bu sahədə görülən işlər və perspektivlər barədə danışdıq.
İqtisadçı ekspert Mahir Zeynalov “Xalq Cəbhəsi”nə bildirdi ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir: “Çünki ölkədə ərzaq təhlükəsizliyi, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması, əhalinin paytaxta axınının qarşısının alınması kimi məsələlərin həlli rayonların tərəqqisindən asılıdır. Regionların sosial-iqtisadi inkişafı isə bölgələrdə qeyri-neft sektorunda sahibkarlığın, özəl sektorun tərəqqisi hesabına mümkündür. Belə ki, sahibkarlar rayonlarda sərmayə yatırmaqla istehsal və xidmət müəssisələri yaradır, yeni iş yerləri açır, məşğulluq, rəqabət qabiliyyətli məhsulların buraxılması, əhaliyə yüksək xidmətlərin göstərilməsi, dövlət büdcəsinə vergilərin ödənilməsi və s. bu kimi mühüm əhəmiyyət daşıyan məsələlərin həllini öz üzərinə götürür.
Müsbət haldır ki, dövlət müxtəlif vasitələrlə regionlarda sahibkarlığın inkişafına dəstək verir, onu stimullaşdırır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları da bu baxımdan çox əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar aparılıb. Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq. Habelə yerli şirkətlərin canlanmasına və investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti təmin ediləcək. Biznes mühitinin yaxşılaşdırılması isə ölkənin bütün regionlarında sahibkarlığın davamlı inkişafına və əhalinin rifahının yaxşılaşmasına şərait yaradır”.
Ekpert əlavə etdi ki, hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir: “Regionlarda kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından belə sənaye məhəllələrinin əhəmiyyəti böyükdür. Ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Azərbaycanda 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəşt əldə ediblər. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Aqroparklarda 5000-ə qədər insan daimi, 4500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”.
Onun sözlərinə görə, regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib: “Yeni yaradılmış Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ölkədə regional iqtisadi inkişafa mühüm töhfələr verəcək. Bu iqtisadi rayonlarda iqtisadiyyat və sosial həyat tamamilə yenidən qurulacaq. Bunun üçün böyük həcmdə maliyyə resursları tələb olunacaq. Qarabağın iqtisadiyyatının bərpası və inkişaf etdirilməsi yaxın onillikdə hökumətin əsas hədəflərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsi də daxildir. Nəzərdə tutulan layihələrin reallaşdırılması Qarabağda iqtisadi canlanmaya səbəb olacaq. Qarabağa Böyük Qayıdış reallaşdırıldıqdan və yerli iqtisadiyyat dirçəldildikdən sonra bu iki böyük iqtisadi rayon sosial-iqtisadi cəhətdən özünü təmin etməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək, ölkədə ərzaq təhlükəsizliyi təmin olunacaq, yeni iş yerləri yaranacaq, ixrac potensialı artacaq. Cünki Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların hər biri özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala və inkişaf perspektivlərinə malikdir. İndi Azərbaycan cəmiyyətinin və dövlətinin qarşısında bu ərazilərin bərpası, orada iqtisadiyyatın dirçəldilməsi, yenidən qurulması ilə bağlı irimiqyaslı vəzifələr dayanır”.
Qeyd edək ki, işğaldan azad edilmiş bölgələrdə iqtisadi imkanların dəyərləndirilməsi və qəbul edilən dövlət proqramları Azərbaycan iqtisadiyyatını daha da irəli aparacaq. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bu bölgənin inkişafına təkan verəcək.
Bunu millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının əhəmiyyəti çoxşaxəli olacaq. Onun fikrincə, “Azərbaycan, 2020-сi ilin 27 sentyabrdan başlanan 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsi ilə regionda yeni situasiya və reallıqlar yaradıb: “Ermənistanın xarabazara və hər qarışı minalanmış döyüş meydanına çevirdiyi Qarabağı Azərbaycan tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirməkdədir.İşğaldan azad edilmiş ərazilərdə yüksək standartlara cavab verən layiqli həyat şəraitinin yaradılması istiqamətində geniş quruculuq işləri həyata keçirilir. Bu istiqamətdə çox modern,innovativ və perspektivli layihələr həyata keçirilməyə başlanılıb. Bu qəbildən olan layihələrdən biri də Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır.Cəbrayıl rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı özündə innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalını, kənd təsərrüfatı məhsullarının emalı, gübrə istehsalı, ipəkçlik, kiçik istehsal, xidmət və sair bu kimi sahələri birləşdirməklə çoxprofilli olacaq”.
Millət vəkili həmçinin “Sənaye Parkı çoxprofilli olduğu kimi, onun əhəmiyyəti də çoxşaxəli olacaq”,- deyə vurğulayıb: “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Cəbrayıl rayonunun, ümumiən isə Şərqi Zəngəzur iqtisadi rayonunun potensialının və loqistik imkanlarının hərəkətə gətirilməsinin sürətləndirilməsi, ümumi,eləcə də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukrurların yaradılması, yeni iş yerlərinin yaradılması, iqtisadi fəaliyyətin canlandırılması,ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına töhfə verilməsi, işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatımıza inteqrasiyasının sürətləndirilməsi, bölgənin qalxınmasında innovativ həllərə üstünlük verilməsi,ölkədə qeyri-neft sektorunun şaxələndirilməsi və dayanıqlı inkiafının təmin eilməsinə ciddi töhfə verilməsi, işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olması və sair baxımdan mühüm əhəmiyyət kəsb edir”.

Əli