• 24 Sentyabr 2026
logo
“Naxçıvanbank”ın səhmləri dövriyyədən çıxarılır

“Naxçıvanbank”ın səhmləri dövriyyədən çıxarılır

“Naxçıvanbank” ASC-nin yenidən təşkili yolu ilə “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi ilə əlaqədar olaraq səhmləri dövriyyədən çıxarılır və ləğv edilir.

Baymedia.az xəbər verir ki, bununla bağlı “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasından bildirilib.

Məlumata görə, bankın 94 milyon manat nizamnamə kapitalını təşkil edən nominal dəyəri 94 manat olan ümumilikdə 1 milyon ədəd səhm adi, adlı, sənədsiz səhmlər dövriyyədən çıxarılır. Bura həmçinin, Bankın səhmdarlarının ümumi yığıncağının 05.12.2023-cü il tarixli qərarına əsasən səhmdarlardan geri satın alınmış 531 915 ədəd səhm də daxildir.