• 22 Oktyabr 2024
logo
Rusiya Azərbaycandan halal məhsullar almaq istəyir

Rusiya Azərbaycandan halal məhsullar almaq istəyir

Azərbaycan halal məhsulların istehsalında Rusiyanın tərəfdaşlarından birinə çevrilə bilər.

Baymedia.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yatskin deyib

Onun sözlərinə görə, Rusiya Azərbaycan müəssisələri ilə birgə kənd təsərrüfatı layihələri üzrə perspektivli əməkdaşlıqda maraqlıdır:

“Ölkəmiz qarşılıqlı tədarük üçün məhsul çeşidinin həcminin artırılmasında maraqlıdır. Mən orqanik və halal məhsulların istehsalı kimi sürətlə inkişaf edən sahələrə diqqət çəkmək istərdim. Azərbaycan bu sahələrdə əsas tərəfdaşlardan birinə çevrilə bilər”.