• 16 İyul 2024
logo
Türkiyə ilə birgə Azərbaycan da bu quruma qoşulur?

Türkiyə ilə birgə Azərbaycan da bu quruma qoşulur?

Azərbaycan, Əlcəzair, Vyetnam, İndoneziya, Suriya, Tailand, Türkiyə, Belarus və ümumilikdə 28 ölkə BRİKS-ə qoşulmaq istəyir.

Baymedia.az xəbər verir ki, bu barədə “İzvestiya” diplomatik mənbələrə istinadən yazıb.

Namizədlər və onların qrupa qoşulma formatı ilə bağlı məsələlər BRİKS-in oktyabrda Kazanda keçiriləcək sammitində həll olunacaq.

Məlumata görə, bütün ölkələr rəsmi olaraq ərizə təqdim etməyiblər. Bundan əlavə, hamı assosiasiyanın tamhüquqlu üzvü ola bilməyəcək. Ona görə də Rusiya hazırda “BRİKS-ə üzvlüyün yeni tərəfdaş dövləti” kateqoriyasını inkişaf etdirir.

Bundan əlavə, beynəlxalq aləmdə hələ tam tanınmayan Fələstin də BRİKS-ə qoşulmağa maraq göstərib.

Qeyd edək ki, Türkiyə BRİKS-ə qoşulmaq üçün ərizə ilə müraciət edib.