• 24 Sentyabr 2026
logo
Azərbaycanda bu zavod 6 milyona satılır

Azərbaycanda bu zavod 6 milyona satılır

Fəaliyyətini dayandıran Gəncə Kərpic Zavodu satışa çıxarılıb.

Baymedia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, zavod 6 milyon manata satılır.

Qapalı hissəsi 5 hektar əraziyə malik olan zavodun həyətyani sahəsi ümumilikdə 55 hektardır.

2008-ci ildən fəaliyyətə başlayan zavod qərb bölgəsini kərpiclə təmin edib. Lakin koronavirus pandemiyası dövründə zavod fəaliyyətini dayandırıb.