• 27 İyul 2024
logo
Bakı və Abşeronda avtobusların nağdsız ödənişə keçidi 14 %-dən çox artıb

Bakı və Abşeronda avtobusların nağdsız ödənişə keçidi 14 %-dən çox artıb

Bu ilin aprel ayına qədər Bakı şəhəri və Abşeron rayonunda sərnişindaşımanı həyata keçirən müntəzəm marşrut xətləri üzrə 1 824 avtobus nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Bu barədə Baymedia.az-a Avtomobil Yolları Dövlət Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müüqayisədə 14,3 % çoxdur.

Belə ki, 2023-cü ilin aprel ayınadək Bakı və Abşeronda ümumilikdə 1 596 ədəd avtobus nağdsız ödəniş sisteminə inteqrasiya olunub.